Rusiya ilə müharibənin davam etdiyi Ukraynada taxıl ixracı ilə maraqlanan treyderlər Türkiyənin də tərəfdar olduğu taxıl dəhlizi sazişinin davam etdiriləcəyinə ümidlidirlər.
Ukraynadakı taxıl tacirləri, ölkədən taxıl daşınmasını təmin etmək üçün Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə iyul ayında imzalanan taxıl dəhlizi müqaviləsinin davam etdirilməsinin və daşınmaların davam etdirilməsinin mümkün aclıq böhranının qarşısını almaq üçün son dərəcə əhəmiyyətli olduğunu düşünürlər.
Ölkənin bir çox yerində taxıl anbarları olan 53 yaşlı ukraynalı tacir Mohamad Valid Taha Ukraynadan taxıl məhsullarının daşınması ilə bağlı hadisələri dəyərləndirib.
1992-ci ildən Ukraynaya taxıl ixracı ilə məşğul olduğunu deyən suriyalı əsilli Taha ölkə daxilində fermerlərdən taxıl alıb dünyanın müxtəlif ölkələrinə satdığını bildirib.
Taha, müharibənin başlaması ilə Ukraynadakı anbarlarda qalan milyonlarla ton məhsulun bazara çıxarılması üçün yeni həll yolları axtarmağa başladıqlarını, taxıl dəhlizi müqaviləsinin qüvvəyə minməsindən sonra isə ərzaq məhsullarının Ukraynadan daşındığını bildirib.
Limanlardakı anbarlarda qalan milyonlarla ton taxıla üstünlük verildiyini dilə gətirən Taha, ciddi problemsiz davam etdiyi müddətcə Qara dəniz dəhlizində gəmilərlə taxıl ixracına davam edəcəklərini bildirib. Taha, “İnkişafı təqib edirik” deyə vurğulayıb.
Türkiyənin dünyada taxıl böhranının qarşısını almaq üçün çox mühüm addımlar atdığını vurğulayan Taha:
“Türkiyə bununla bağlı təsirli bir vəzifəni öz üzərinə götürüb. Biz Türkiyəyə göstərdiyi yardıma görə minnətdarıq. Bu gün biz onlar olmadan nəsə edə bilmərik, amma təbii ki, ən əsası Rusiyanın üzərinə düşən vəzifələri yerinə yetirməsidir”.
Türkiyənin təsirli diplomatiyası sayəsində taxıl daşımalarının yenidən başladığını ifadə edən Taha, “Türkiyə üzərinə düşən vəzifələri yerinə yetirir” deyib.
Dünyanı bürüyən aclıq böhranının yaşanmaması üçün taxıl dəhlizinin problemsiz işləməsi lazım olduğunu qeyd edən Taha sözlərini belə davam etdirib:
“Aclıq böhranı qlobal problemdir. Bu böhrandan qaçmaq üçün hər bir ölkə öz töhfəsini verməlidir. İndi biz Türkiyəni və BMT-ni bu prosesdə görə bilirik. Təəssüf ki, əksər dövlətlər sadəcə izləyici olaraq qalıb”.
Türkiyənin regional və qlobal gücə çevrildiyini dilə gətirən Taha, “Dünyada Türkiyəyə hörmət edirlər və bunun nəticəsini görürük” deyə vurğulayıb.
Nəzrin Vüsal
Medianews.az