8 Noyabr – Zəfər Günü ərəfəsində daha bir maraqlı layihə ərsəyə gəlib.
Medianews.az xəbər verir ki, “Şuşa” musiqili-qrafik layihəsi Qarabağ və onun döyünən ürəyi Şuşanın 30 illik işğaldan azad edilməsinin ildönümünə həsr olunub.
Sözləri Kübra Kərimliyə məxsus olan musiqinin müəllifi və ifaçısı AİSEL-dir.
Qrafik rəsmlər rejissor Teymur Nəcəfzadənin əməyi ilə canlılıq qazanaraq klipə çevrilib.
Medianews.az