Səudiyyə Ərəbistan Hərbi Hava Qüvvələrinə məxsus F-15 döyüş təyyarəsinin texniki nasazlıq səbəbindən adi təlim missiyası zamanı qəzaya uğradığı açıqlanıb.
SPA rəsmi xəbər agentliyi Müdafiə Nazirliyinin sözçüsü Turki əl-Malikinin mövzu ilə bağlı açıqlamasını dərc edib.
Maliki, dünən axşam saatlarında Hərbi Hava Qüvvələrinə aid F-15 qırıcı təyyarəsinin ölkənin şərqindəki Kral Əbdüləziz Hərbi Hava Bazasındakı təlim poliqonunda qəzaya uğradığını, təyyarənin pilotu və köməkçi pilotunun atma oturacağından istifadə etdiyini və heç bir hadisənin olmadığını bildirib. Qəza nəticəsində ölən və ya yaralananlar yoxdur.
Maliki qəzanın səbəblərini araşdırmaq üçün istintaq qrupunun təyin edildiyini də bildirib.
Medianews.az