İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan serbiyalı dəstə başçısı Zeljko Bojaniç İstanbuldakı villasında yaxalanıb.
Medianews.az xəbər verir ki, Bojaniç Serb əsilli Rosto Mijonovikinin ölümü ilə bağlı şübhəli şəxs kimi axtarışda olub.
Onun Rosto Mijonovikinin öldürdüyündən şübhələnən qruplar, villanın bağçasında qazıntı apararaq cəsəd axtarır.
Mövzu ilə bağlı sosial media hesabında paylaşım edən türkiyəli jurnalist Fatih Altaylı müxtəlif iddialarla çıxış edib. Fatih Altaylı bildirib ki, həyətdəki qazıntı işləri üç günüdür davam edir. Jurnalist daha sonra qazıntılar zamanı həyətədə 3 qadın cəsədinin tapıldığını iddia edib.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Zeljko Bojaniçin evi və qazılan bağçası havadan pilotsuz təyyarə ilə görüntülənib.
Medianews.az