8 noyabr 2020-ci tarixində Azərbaycan Respublikası üçün tarixin dönüş nöqtəsi olduğu bir andır.
Azərbaycan Respublikasının igid oğulları düşmənin mənfur ordusunu məğlub etdib, tarixə öz adlarını yazdı.
30 illik vətən həsrətinə son qoydu. Bu Azərbaycan üçün tək “Vətən müharibəsi” deyildi, eyni zamanda alnımızın qara ləkəsini silən namus, qeyrət savaşı idi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yeni zəfərə imza atan Azərbaycan ordusu, xalqımızın Qarabağ adlı böyük niskininə son qoydu. Düşmən bir neçə yüz illər keçsə də dəmir yumruq əməliyyatının zərbəsini heç zaman unutmayacaq.
Azərbaycan xalqı hər il Zəfər gününü xüsusi təntənə ilə qeyd edir, günlər öncə Respublikamızın bütün ərazilərində paytaxt Bakıda eləcə də, ölkə hüdudlarından kənarda Zəfər Günü qeyd edilir. Ötən gün Medianews.az ailəsi olaraq Azərbaycan Dövlət Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının qonağı olduq.İncəsənət Gimnaziyanın girişdə bizi qarşılayan şagirdlərin vətənpərvərlik ruhu altında öz təfəkkürlərinin məhsulu olan müxtəlif döyüş səhnələrini əks etdirən tablolar əks olunub. Rəsm əsərlərinə baxdıqca hiss olunurdu ki, bu tək bir əsər deyil, bir rəsm min söz ifadə edirdi, sanki düşmənə bir ismarıcdır ki, Azərbaycanın böyüyən minlərlə igidi var. Tabloları seyr edərək ürəyimin bir köşəsində 44 günlük Vətən müharbəsinin ağırlığını, digər tərəfdən isə artıq qalib bir xalqın qızı olaraq qürurla Gimnaziyanın koridorunda gəzişirdim, elə girişdən sinif otağına doğru irələyirdimki, əsgər paltarı geyinmiş balaca igid balaları gördüm,salamlaşıb söhbətləşdik;
Uşaqlardan birinə sual etdim.
-Nə gözəl uniforman var, nə üçün geyinmisən bu formanı?
Körpə balaların o sevincini görəndə sanki qələbə günü bu gündür kimi təsir bağışladı mənə.
Körpə fidanlar hamsı bir ağızdan mənə səsləndi:
-Bəs siz bilmirsiniz Azərbaycan ordusu Ermənilər üzərində zəfər qazanıb! Biz Zəfər bayramını qeyd edirik,mənimlə birgə sinif otağına daxil olan uşaqlar hədsiz sevincli idi.
İncəsənət Gimnaziyasında Əliyeva Ramella müəllimin rəhbərliyi və Əlizadə Zülfiyyə müəllimin xoş təbəssümü bizi qarşıladı.
Sinif otağına daxil olduqda diqqətimi çəkən məqamlardan biri də müəllimlərin hər bir şagirdlə necə sevgi, qayğı, təlim-tərbiyələrinə bilik və bacarıqlarının düzgün şəkildə formalaşmasına diqqət etmələri mənə böyük ruh yüksəkliyi bəxş etdi.
Müəllimlərin və şagirdlərin bayram əhval ruhiyyəsini görüb zəfər sevinclərinə qonaq olmaq qərarına gəldim.
Beləliklə ,2 ç sinfinin zəfər bayramının qonağı olub, balaca ürəklərinin necə vətən eşqi ilə döyündüyünün şahidi olduq.
Uşaqlar bir-bir Azərbaycanın rəşadətli ordusunun işğal altında olan əraziləri azad etdiyindən danışdılar. Müxtəlif rəqs nümunələri, vətənpərvərlik ruhunda mahnılar oxuyaraq özünə məxsus sevgilərini bildirdilər.
Yaşlarının az olmasına baxmayaraq, hər bir balacanın ruhunda olan böyük Vətən sevgisi hiss olunurdu.
Tədbirdə tək balaca fidanlarımızın iştirakı deyil, qazi, yazıcı təhsil ekspertləri də təşrif buyurmuşdu
Tədbirdə Təhsil və Elm Nazirliyinin Sağlam Təhsil layihəsinin metodisti, pedoqoji fəlsəfə doktoru, Qadın və uşaqların İnnovativ Maarifləndirmə dəstək İctimai Birliyinin sədri Aynur Zülfüqarova da şagirdləri Zəfər Günü münasibəti ilə təbrik etdi və Aynur Zülfüqarova qeyd etdi ki, Qələbəni Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan ordusuna, qazilərimizə şəhidlərimizə borcluyuq:
“Çox sevincliyəm hər dəfə işğaldan azad olunmuş ərazilərdə olduqca keçirdiyim qürür hissləri əvəz olunmazdır. Bu gün sevincli olduğum qədər torpaqlarımızın işğal altında olan zaman vətən həsrəti,nisgili qəlbimi dağlayırdı və torpaqlarımızın işğalda olduğu zaman bir şeir parçası qələmə almışdım onu diqqətinizə çatdırmaq istəyirəm.
Arzum budur Qarabağım alınsın,
Dağların döşünə xalı salınsın
Dövlət himni Qarabağ da oxunsun
Zəfər çalsın Azərbaycan əsgəri .
Bunu söyləməkdə məqsədim mənim arzum reallaşıb. Artıq dağların döşünə xalıda saldıq, igid əsgərlərmizin zəfəri sayəsində Qarabağda azanımız, himnimiz, muğamımız səslənməkdədir”.
Aynur xanım öz çıxışında şagirdləri vətənpərvər ruhda böyütdüyü üçün müəllimlərə də təşəkkürünü bildirdi.
Daha bir qonağımız, Aybəniz İsmayilova isə Dövlət və ictimaiyyətlə əlaqələr üzrə direktorudur.
Aybəniz İsmayilova balacaların tədbirinə qoşularaq onları Zəfər günü münasibətilə təbrik etdi.
Aybəniz xanım şagirdlərin nəzərinə bir çox tarixi faktları, düşmən vəhşiliklərindən danışdı və eyni zamanda indiki, azad Qarabağda görülən işlərdən söhbət açdıb, gələcəkdə şagirdlərlə gözəl diyara səyahət etmək arzusunda olduğunu qeyd etdi.
Aybəniz İsmayılova eyni zamanda “Xarıbülbül” kitabının müəllifidir. Yazıcı xanım “Xarıbülbül” kitabının, Xarıbülbül rəvayəti əsasında yazıldığını qeyd etdi.
Aybəniz İsmayılova Xarıbülbül kitabı haqqında balaca oxuclara və digər qonaqlarımıza məlumat verdi, kitabın 2 nəşrin də balaca oxucuların ixtiyarında olduğunu bildirdi.
Zəfər bayramını özgəlişi ilə daha da gözəlləşdirən 44 günlük vətən müharibəsinin canlı nümunəsi düşmənə qan udduran, vətən müharibəsi dönəmində böyük əziyyətlər çəkən igidliliyi, mərdliyi öz qəhramanlığı, şücaəti ilə düşmənin canına vəlvələ salan komandirimiz Azərbaycanın mərd oğlu, zəfəri bizə yaşadan Abdullayev Tural gəlişi ilə bizlərə qürur verdi.
2020-ci il sentyabr 27-də Ali Baş Komandanın İlham Əliyevin əmri ilə başlatdığımız əks hücum “Dəmir yumruq” əməliyyatını qələbə ilə bitirdik.
Təbii ki, bu yolda şəhidlərimiz,qazilərimiz, yaralılarımız oldu bu qaçılmazdır.
Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin.
Vətən müharibəsindəki qələbəmiz bizi bir daha millət, xalq olaraq dünyaya tanıtdı. Bütün dünya bizim gücümüzü gördü.
Vətən müharibəsi və eləcə də qələbə haqqında günlərlə danışsaq belə bitməz, tükənməz ona görə ki,bu minlərlə igidin qələbəsidir.
Zəfər sözündə minlərlə igidin qəhrəmanlığı dayanır, bu münasibətlə bütün xalqımızı təbrik edirəm. Bizim qalib döyüşcü olmağımızın səbəbi ordusunu dəstəkləyən xalqın sevgisi oldu.
Hər zaman vətən uğrunda döyüşməyə lazım gələrsə bir can deyil, min can fəda etməyə hazırıq.Bu balaca balaları Zəfər Günü münasibəti ilə təbrik edirəm.Mənim bu balalara tövsiyəm dərslərində hər zaman diqqətli olsunlar,yaxşı oxusunlar bu gun qələbə qazanmağımızda elmin, təhsilin rolu böyükdür.
Bunun üçün də ən böyük təşəkkür müəllimlərimizə düşür, biz müəllimlərin sayəsində bu gün müxtəlif vəzifələrdə yerlərdə varıq.
Mən bu balaları görəndə illər öncəni xatırladım. O, vaxt Cəmşid Naxçıvaniski adına Hərbi liseydə oxuyarkən Azərbaycan Respubilkasının qurucusu ümumi lider Heydər Əliyevlə görüşümüzdən kiçik bir parçanı xatırladım. O görüşdə ümumi lider Heydər Əliyev qeyd etmişdir ki “mən bunlari görəndə sanki öz cavanlığını xatırladım.
İndi məndə bu balaları görəndə böyük fəxr hissi duyuram Azərbaycanımızı, azadlığımızı əmanət edəcək, minlərlə igidlərimizin böyüdüyünün şahidi oluram.
Biz hər zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə düşməni məhv etməyə hazırıq və son damla qanımıza kimi vətənimizin xalqımızın xidmətindəyik”.
Ayşən Azadova
Medianews.az