Böyük Şəhər Bələdiyəsinin sədri Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin törəmə qurumu olan “Spor İstanbul”un təşkil etdiyi 44-cü İstanbul Marafonuna start verib.
Medianews.az xəbər verir ki, marafon çərçivəsində həyat yoldaşı Dilek İmamoğlu ilə birlikdə 15 İyul Şəhidlər Körpüsündə qaçan Əkrəm İmamoğlunun dialoqu gündəm olub.
Əkrəm İmamoğlu həyat yoldaşına “illərdir mən sənin arxanca qaçıram, biraz da sən mənim arxamca qaç” deməsi marafon iştirakçılarının gülüşünə səbəb olub. Sözügedən görüntülər sosial media istifadəçiləri tərəfindən də maraqla qarşılanıb.
Medianews.az