Kartel savaşları ilə məşhur olan Meksikada sirli bir seriyalı qatil panikası yaşanır.
Medianews.az xəbər verir ki, Meksika polisi cümə günü səhər saatlarında küçədə dörd çılpaq cəsəd tapıblar.
Cəsədlərin yanındakı yazılmış qeyddə “Tezliklə məndən daha çox xəbər alacaqsınız” sözləri yerli əhalini qorxuya salıb. Hadisənin kartellərlə bağlı olub-olmadığı hələlik məlum deyil. Yerli sakinlərə diqqətli olmaları barədə də xəbərdarlıq edilib.
Küçədə tapılan cəsədlərin 3-nün kişi, 1-nin qadın olduğu müəyyən edilib.
Medianews.az