Bu gün Millət vəkili Arzu Nağıyev Tovuz rayonunun Bayramlı kəndində şəhid Yusifov Mehman Musa oğlunun, Yanıqlı kəndində şəhid Hüseynov Emin Fərmayıl oğlunun, Aran Yanıqlı kəndində şəhid Heydərov Vasif Nazim oğlunun ailələrini ziyarət edib.
Medianews.az xəbər verir ki, görüşdə şəhid ailələrini maraqlandıran suallara aydınlıq gətirilib, onların problemləri dinlənilərək həlli istiqamətində aidiyyəti qurumlarla əlaqə saxlanılaraq mümkün köməkliklərin göstərilməsi tapşırılıb.
Həmçinin görüşlərdə 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilmiş, şəhid ailələrinə, qazilərimizə, müharibə veteranlarına göstərilən diqqət və qayğı daim dövlətimizin diqqət mərkəzində olduğu vurğulanıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.