Rusiyanın Kostroma şəhərində yerləşən “Poliqon” gecə klubunda yanğın baş verib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər həyatını itirib.
Kostroma vilayətinin qubernatoru Sergey Sitnikov teleqram kanalında bildirib ki, yanğın zamanı 5 nəfər xəsarət alıb: “Onlara lazımi tibbi yardım göstərilib”.
Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.