Şəkidə tarixi abidədə aparılan bərpa-quruculuq işləri zamanı körpə uşaq skeletləri aşkar edilib.
Dünən Şəki şəhər Yuxarıbaş Milli Tarix Memarlıq Qoruğu ərazisində yerləşən və hazırda şəbəkə sexi kimi fəaliyyət göstərən tarixi tikilidə təmir-bərpa işləri aparılarkən skeletlər üzə çıxıb.
Belə ki, Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən işlər zamanı tarixi binanın içindəki beton döşəmə təmir edilərkən 80 sm – 120 sm dərinlikdə skeletlər aşkar edilib. İlkin baxış zamanı skeletlərin körpə uşaqlara aid olması və uzun illər əvvəl oraya qoyulması müəyyən edilib.