“Vətəndaş müqaviləsi” Partiyasının İdarə Heyəti üzvlərinin seçkiləri ilə bağlı səsvermədə səslərinin yenidən hesablanması nəticəsində hətta partiya lideri Nikol Paşinyana qarşı saxtakarlıq edildiyi məlum olub.
Medianews.az xəbər verir ki, keçən həftə partiyanın qurultayı keçirilib. Qurultayda idarə heyətinə seçkilər zamanı səslərin oğurlandığı da məlum olub. Yenidən səslərin sayılması zamanı hətta idarə heyətində təmsil olunan Nikol Paşinyanın səslərinin oğurlandığı bəlli olub.
Zəfər