İranda Mahsa Amininin həbsdə öldürülməsindən sonra ölkədə başlayan nümayişlər davam edir.
Medianews.az xəbər verir ki, sünnilərin üstünlük təşkil etdiyi Sistan-Bəlucistan əyalətinin Haş şəhərində nümayişlər qana boyanıb. Belə ki, cümə namazından sonra təşkil edilən etirazlar zamanı təhlükəsizlik qüvvələri nümayişçilərə zor tətbiq edib. Hadisələrdə 16 nəfərin öldüyü açıqlanıb.
2 gün əvvəl İranın Kerec şəhərində nümayişçilərlə polis arasında toqquşmalar nəticəsində isə 2 nümayişçi və 1 mühafizəçi həlak olub.
İran İnsan Hüquqları Assosiasiyasının hesabatına görə, etirazlar başlayandan bəri ölkədə 277 nəfər, o cümlədən ən azı 40 uşaq öldürülüb.
Zəfər