Keçmiş həyat yoldaşı Ember Herdə məhkəmədə qalib gələn aktyor Conni Depp vəkillərinin yalan ifadələrinə görə ona 2 milyon dollar ödəməli olduğu hökmün bir hissəsinə etiraz etmək qərarına gəlib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, üç il davam edən məhkəmədən sonra hakim Herdin Deppə 15 milyon dollar təzminat ödəməsinə və aktyorun da əks iddiada eks xanımına 2 milyon dollar verməli olduğuna qərar vermişdi.
Bu günlərdə isə Deppin aktrisaya qarşı böhtan işi üzrə məhkəmə qərarından apellyasiya şikayəti verdiyi üzə çıxıb.