“Qərb Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsini təklif edir. Baş nazir Nikol Paşinyan da Praqada “status” məsələsinə bir daha baxılmasını israr etmədən buna razılıq verir”.
Medianews.az xəbər verir ki, bu fikirləri “Ermənistan” blokunun deputatı Anna Qriqoryan bildirib. Onun sözlərinə görə, bu şəraitdə Paşinyanın Moskvaya getməsi və Rusiyanın mövqeyi ilə razılaşması absurddur. Çünki Azərbaycan Prezidenti əvvəl verilmiş vədi xatırlada bilər.
O, əminliklə ifadə edib ki, Paşinyan üçün Qarabağın Azərbaycanın tərkibində olub-olmaması prinsipial deyil.
“Əgər Ermənistan bütün məkanlarda öz prinsipial mövqeyini irəli sürsəydi, vəziyyət fərqli olardı”, – Qriqoryan əlavə edib.
Deputat qeyd edib ki, Soçi bəyanatında Qarabağ bağlı bir söz belə yoxdur: “Baxmayaraq ki, Rusiya prezidenti Valday Forumunda “ermənilər Qarabağda nə istədiklərinə özləri qərar verməlidir” kimi fikir səsləndirmişdi”.
Zəfər