Mədəniyyət Nazirliyində keçirilən əməliyyatla saxlanılan və sonradan sərbəst buraxılan sabiq nazir müavini Elnur Əliyev açıqlama verib.
“Gununsesi.info”ya istinadən xəbər veririk ki, Elnur Əliyev evində olduğunu bildirib: “Hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar”.
Qeyd edək ki, Elnur Əliyev sərbəst buraxılsa da, ötən gün nazirin birinci müavini vəzifəsindən azad olunub. Əməliyyatdan sonra nazirliyin texniki təchizat və əmlakın idarəedilməsi şöbəsinin müdiri İlkin Nəsibov isə həbs edilib. Onun E.Əliyevin xalası oğlu olduğu iddia olunur.
Prezident İlham Əliyev ötən gün imzaladığı sərəncamla Elnur Əliyevi vəzifəsindən azad edib.