Əməkdar artist Aygün Bəylər uzun müddətdən sonra efirə çıxaraq verilişdə iştirak edib.
Medianews.az xəbər verir ki, bu haqda aparıcı Fəxriyyə Lilpar şəxsi instaqram hesabında bildirib.
Xərçəng xəstəliyindən əziyyət çəkən ifaçı “Xəzərin sahilində” adlı proqramda iştirak edib. Veriliş zamanı çıxış edən Bəylər göz yaşlarının saxlaya bilməyib.
Onun qatıldığı proqram “Kanal S”in efirində noyabrın 6-da yayımlanacaq.