Sosial media fenomeni Polska Babinks açıq-saçıq geyindiyi üçün Fransanın paytaxtı Parisdə bir restorana qəbul edilmədiyini bildirib.
Medianews.az xəbər verir ki, fenomen qapıda restoran rəsmisi ilə mübahisə etdiyini anların görüntülərini də yayımlayıb.
Paris şəhərində lüks restorana gedən TikTok fenomeni Polska Babinks restoranın qapısında gözlənilməz hadisə ilə qarşılaşıb. Gənc qadının dediyinə görə, restorana daxil olmaq istəyən zaman qapıda dayanan mühafizəçi onun içəri girməsinin mümkün olmadığını bildirib.
Polska Babinks niyə içəri girə bilmədiyini soruşduqda daha maraqlı cavab alıb. Restoran rəsmiləri Polskanın geyiminin dekolteli olduğunu və interyerin bu dekolte üçün uyğun olmadığını bildirib.
Sosial media fenomeninin dekoltesinə görə restorana buraxılmaması Fransada da müzakirələrə səbəb olub. Bəzi sosial media istifadəçiləri bunun feminist mübarizə olmadığını iddia edərkən, digərləri qadınların hüquqlarının pozulduğunu bildirib.
Medianews.az