Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli parlamentlərarası görüş keçiriləcək.
Medianews.az xəbər verir ki, bu danışıqlar noyabr ayında Rusiyada baş tutacaq.
“Gələn həftə Federasiya Şurasında Ermənistan və Azərbaycan qanunvericiləri ilə üçtərəfli parlamentlərarası dialoqun keçirilməsi üçün danışıqlar qrupunun yaradılması müzakirə olunacaq”, deyə xəbər qeyd edilib.
Üçtərəfli görüşün keçirildiyi yer hələ müəyyən edilməyib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi məqsədilə üçtərəfli parlamentlərarası görüşlərin keçirilməsinin vacibliyi oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqların nəticəsində qəbul edilmiş üçtərəfli bəyanatda yer alıb.
Zəfər