Lüks zərgərlik brendinin Türkiyədə distribütoru olan məşhur iş adamı Dilek Ertek Haitidə tətildə olarkən mindiyi yaxtadan yıxılaraq həyatını itirib.
Medianews.az xəbər verir ki, ölüm xəbəri ilə iş dünyasında zəlzələ effekti yaradan Dilek Ertekin cəsədini hələlik tapmaq mümkün olmayıb.
Qeyd edək ki, Dilek Ertek uzun illər dünyanın ən məşhur lüks zərgərlik markalarından olan “Tiffany Co”nun Türkiyə distribütoru idi. Ertekin ölümü yaxınlarını və iş dünyasını da şoka salıb. Cümhuriyyət qəzetinin xəbərinə görə, Haitidə axtarış işlərinin davam etdiyi bir vaxtda iş adamının cəsədini hələ də tapmaq mümkün olmayıb.
Dilek Ertek KİMDİR?
Dilek Ertek İstanbulda anadan olub. Avstriya liseyində oxuyarkən o, balet üzrə təlimatçı kimi işləyib. Memar Sinan Universitetinin Memarlıq fakültəsini bitirib, Nyu York GİA-da təhsili alıb. 1982-ci ildə universiteti bitirdikdən sonra ipək üzərində rəsmlər, naxışlar çəkərək pul qazanmağa başlayıb və bununla da öz biznesinə qurub. 1995-ci ilin sonunda İstanbulda ilk Tiffany mağazasını açıb. O, 20 ildən artıq Tiffany & Co.-nun Türkiyədəki rəsmi distributoru olub. Dilek Ertek eyni zamanda antikvar dükanı sahibi də olub.
1982-ci ildə iş adamı Hüseyn Yalçınkaya evlənib. Cütlük 2004-cü ildə boşanıb. Dilek Ertekin Gökçe Atuk adlı bir oğlu var.
Medianews.az