Ermənistanda noyabrın 5-də müxalifətin mitinqi günü hakimiyyət ümumrespublika ağacəkmə aksiyası keçirəcək.
Medianews.az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır. Məlumata görə, Ermənistanın ətraf mühit naziri Akop Simidyan bir sıra dövlət qurumlarının rəhbərlərinə məktub göndərərək əməkdaşların tədbirdə iştirakını təmin etməyi tapşırıb. Məktub bütün nazirliklərə, şəhərsalma komitəsinə, nəzarət orqanlarına, baş nazir aparatına göndərilib.
“Ətraf mühit nazirliyi bizi əmin etdi ki, ağacəkmə aksiyasının qərarı mitinqdən əvvəl verilib. Lakin müxalifətçilər bizə bildiriblər ki, aksiya keçirmək qərarı təxminən 10 gün əvvəl verilib və hakimiyyət bunu dəqiq bilirdi”, – qəzet yazır.
Zəfər