Çinin oktyabrın 31-də Tianqonq kosmodromundan buraxdığı 23 tonluq nəhəng “Long March 5B” raketi nəzarətsiz şəkildə Sakit okeana düşüb.
Medianews.az xəbər verir ki, ABŞ Kosmik Qüvvələri Komandanlığı raketin Sakit Okeanın planlarda olmayan orta cənub bölgəsində atmosferə girərək yerə düşdüyünü açıqlayıb.
Qeyd edək ki, raketin düşə biləcəyi ölkələr arasında Türkiyə də yer alıb və Kosmik Agentliyin proseslə bağlı məlumat verəcəyi bildirilib.
Çinin Hellouin bayramında kosmosa buraxılan 23 tonluq nəhəng “Long March 5B” raketi Yer atmosferinə çatdıqdan qısa müddət sonra Sakit Okeana düşüb. ABŞ Kosmik Komandanlığı raketin planlarda olmayan Sakit Okeanın 101,9 dərəcə qərb və 9,9 dərəcə şimal koordinatlarına endiyini açıqlayıb.
Onu da bildirək ki, Çinin 10 mərtəbəli bina böyüklüyündə nəhəng raketinin Türkiyənin üzərinə düşəcəyi iddiası böyük panika yaratmışdı. Türkiyə Kosmik Agentliyindən verilən açıqlamada Çin Milli Kosmos İdarəsi ilə əlaqədə olduğu və qarışıqlığın qarşısını almaq üçün yalnız rəsmi və aktual məlumatların paylaşılacağı bildirilmişdi.
Üç ildən az müddətdə beşinci dəfədir ki, Çinin kosmik gəmisinin hissələri Yerə çırpılıb. Bunlardan ən diqqət çəkəni 8 may 2021-ci ildə baş verib. 18 tonluq raket Hind okeanına düşüb. Bununla belə, səpələnmiş dağıntılar rayonun kəndlərinə də ziyan vurmuşdu.
Medianews.az