Pop Diva Aygün Kazımova və sevilən müğənni Rəsul Əfəndiyevin uzun zamandır afişa olan konserti nəhayət ki, reallaşdı.
Medianews.az xəbər verir ki, şəhər məkanlarından birində baş tutan musiqili gecədə, öncə Rəsul Əfəndiyev yer alıb. “Sənə görə” mahnısı ilə konserti açıq elan edən Əfəndiyev, ard-arda hit mahnılarını səsləndirdi. Sənətçi, gecədə iki libas dəyişib.
Çox keçmədən, ölkənin əsas ulduzu, xalq artisti Aygün Kazımova da səhnəyə çıxaraq, inanılmaz şouya imza atdı. Anşlaqla davam edən gecənin sonunda yenidən səhnəyə çıxan duet ortaqları birlikdə sevilən mahnılarını da oxudular. Cütlüyün bütün ifaları tamaşaçı coşqusu və alqışlarla yadda qaldı!