“İndi Türkiyə-Ermənistan sərhədini açmağın vaxtıdır”.
Medianews.az xəbər verir ki, bu fikirləri Tvitterdəki mikrobloqunda erməni əsilli Türkiyə parlamentinin deputatı Qaro Paylan yazıb.
“Ermənistandan qayıdıram. Düşünürəm ki, Ermənistanla Azərbaycan arasında möhkəm sülhün bərqərar olması və Türkiyə – Ermənistan sərhədinin açılmasının vaxtıdır. Müharibələrdə hamımız itirdik. İndi sülhə can ataq və birlikdə qalib gələk”,- siyasətçi yazıb.
Xatırladaq ki, Paylan bir neçə gün əvvəl Ermənistanda olub, burada baş nazir Nikol Paşinyan, prezident Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Simonyan, həmçinin sabiq prezidentlər Levon Ter-Petrosyan və Serj Sarqsyanla görüşlər keçirib. Müzakirələrin əsas mövzusu Ermənistan-Türkiyə münasibətlərinin normallaşması olub.
Zəfər