Pakistanın keçmiş Baş naziri İmran Xan Pəncab əyalətinin Vəzirabad bölgəsindəki etiraz yürüşü zamanı avtomobil konvoyu atəşə tutulub.
Medianews.az xəbər verir ki, silahlı hücum nəticəsində İmran Xan ayağından yaralanıb.
Yerli mediaya görə, naməlum təcavüzkarlar Vəzirabaddakı Allah Hu Chouk parkının yaxınlığında yerləşən xanın avtomobilinə bir neçə dəfə atəş açdılar.
İmran Xanın yaratdığı Pakistan Ədalət Hərəkatı liderlərindən biri olan Favad Çaudriy xəstəxanaya yerləşdirilib. Senator Faysal Caved və bir neçə mitinq iştirakçısı da atışma zamanı yaralanıb.
Yerli KİV-in məlumatına görə, mitinq iştirakçıları İmran Xana atəş açan şəxsləri saxlayaraq polisə təhvil verib.
Qeyd edək ki, Pakistanın indiki Baş naziri Şahbaz Şərif İmran Xana qarşı silahlı hücumu pisləyib və zorakılığın siyasətdə yeri olmadığını bildirib.
Zəfər
Medianews.az