Xəbər verdiyimiz kimi, tviteri alan “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask “mavi tık” üçün 8$ məbləğində aylıq qiymət təyin edib. Bu, sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.
“Qafqazinfo”nun məlumatına görə, Mask buna cavab olaraq tviterdə yeni paylaşım edib.
O, paylaşdığı fotoda bildirib ki, 8$ cəmi bir fincan kofenin qiymətidir.
Bir fincan kofe 30 dəqiqəyə bitir, “mavi tık” isə 30 gün qalır.