İranın Kərəc şəhərində rejim əleyhinə nümayişlər zamanı İnqilab Keşikçiləri Korpusunun (Besic) 1 üzvü həyatını itirib, 5 polis isə yaralanıb.
Medianews.az xəbər verir ki, sosial mediada yayılan görüntülərə görə, İran Azərbaycan türklərindən olan Hadis Nəcəfinin vəfatının 40-cı günü münasibəti ilə Kereçdəki Sekine qəbiristanlığında toplaşan izdiham “Kahrolsun diktator” şüarları səsləndirib.
Nümayişlər şəhərin küçələrinə sıçradığından təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurma yaranıb.
Tasnim Xəbər Agentliyi Kərəcdə baş verən hadisələrdə 1 Besic üzvünün həyatını itirdiyini, 2-si ağır olmaqla 5 polisin yaralandığını açıqlayıb.
Sosial mediada əks olunan görüntülərdə nümayişçilər polis maşını ilə təhlükəsizlik qüvvələrinə daşla hücum edir. Nümayişçi olduğu iddia edilən şəxsin də eyni vasitədə olan yaralı polislərə atəş açdığı görünür.
Bildirilib ki, Kərəcdəki hadisələrə nəzarət etmək üçün ətraf əyalətlərdən çoxlu sayda polis məmuru şəhərə göndərilib.
Xatırladaq ki, Mahsa Eminin ölümündən sonra ölkə daxilində başlayan nümayişlər zamanı Kərəc şəhərində təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 22 yaşlı iranlı türk qızı Hadis Nacefi 6 güllə ilə öldürülüb.
Yusif Ziya
Medianews