Ermənistanın baş prokuroru Anna Vardapetyan yaxın vaxtlarda parlamentdə 3 deputatın toxunulmazlıqdan məhrum edilməsi və həbsi ilə bağlı vəsatətlə çıxış edəcək.
Medianews.az xəbər verir ki, həbs tələbi “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan və bu fraksiyanın üzvləri Vahe Akopyan və Armene Çarçyanla bağlıdır.
Məlumata görə, cinayət işi müxtəlif iddialarla bağlıdır. Amma baş prokurorun hansı cinayət işi ilə bağlı vəsatət qaldıracağı məlum deyil.
Zəfər
Medianews.az