Menqtian elm modulunu Çinin kosmik stansiyasına daşıyan Long March 5B raketinin kosmik missiyasını başa vurduqdan sonra yer atmosferinə doğru düşməyə başladığı bildirilib.
Medianews.az xəbər verir ki, alimlər insanların çox olduğu ərazilərə raketin düşmə sürətinin yüksək olduğu barədə xəbərdarlıq ediblər.
Müasir raketlərin kosmos vakkumunda itmə qüvvəsindən istifadə edərək Sakit Okeana düşməsinə icazə verildiyi halda, Çinin Long March 5B raketində bu xüsusiyyətin olmaması 23 tonluq raketin sürətlə yerə çırpılmasına səbəb olacaq.
Raketin şənbə günü səhər Yer kürəsinin istənilən nöqtəsinə düşə biləcəyi ilə bağlı xəbərdarlıq edilib. Atmosferə girdikdən sonra parça-parça olacaq 23 tonluq raketin müstəqil parçalar kimi müxtəlif nöqtələrə düşə biləcəyi deyilir.
Mütəxəssislər 10 mərtəbəli bir bina böyüklüyündə olan Long March 5B raketinin hara düşəcəyi ilə bağlı hesablamaların heç bir nəticə verməyəcəyini vurğulayırlar. Bununla belə, atmosferə daxil olan nəhəng raketin 60 və ya 40 faizinin bütöv bir parça olaraq qala biləcəyi deyilir.
Yusif Ziya
Medianews