“Azərbaycanda enerji transformasiya ilə bağlı – xüsusilə yaşıl enerji sahəsində islahatlar keçirilir. Yeni imkanlar əhaliyə özlərinin istehsal etdiyi elektrik enerjisini şəbəkəyə satmaq imkanı yaradacaq”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili bildirib.
“Bu məqsədlə 150 kilovata qədər güc həddində əhalinin şəbəkəyə satdığı enerji vergilərdən azad olunacaq”, – deyə Tahir Mirkişili qeyd edib.