Rusiya prezidenti Vladimir Putin Türkiyənin təşəbbüsü ilə yenidən qüvvəyə minən Taxıl Dəhlizi Sazişi ilə bağlı açıqlamalar verib.
Medianews.az xəbər verir ki, Rusiya prezidenti sazişin hələ də qüvvədə olduğunu, lakin Ukraynanın verdiyi təminatları pozacağı təqdirdə müqavilənin dayandırılacağını bəyan edib.
Rusiya Müdafiə Nazirliyi oktyabrın 29-da Ukraynadan taxılın çıxışına icazə verən sazişin dayandırılması çərçivəsində təhlükəsizlik baxımından gəmilərin taxıl dəhlizi boyunca hərəkətini dayandırmağa qərar verdiklərini açıqlayıb. Rusiyanın qərarından sonra işə başlayan Türkiyə adından milli müdafiə naziri Hulusi Akar danışıqlara başlayıb. Prezident Ərdoğan partiyasının bu gün keçirdiyi qrup toplantısında danışıqların müsbət nəticələndiyini və taxıl daşımalarının bərpa olunacağını bildirib.
Rusiya prezidenti Vladimir Putin də ilk dəfə taxıl dəhlizi sazişi ilə bağlı açıqlama verib. Putin Ukraynadakı taxılın ölkə limanlarından çıxarılmasını ehtiva edən taxıl dəhlizi sazişinə qayıtmaq qərarına gəldiklərini təsdiqləyib, lakin Ukrayna tərəfinin verdiyi təminatları pozarsa, sazişdən çıxa biləcəkləri barədə xəbərdarlıq edib.
Medianews.az