Müğənni Şakira sosial şəbəkədə paylaşdığı görüntülərlə hər kəsi duyğulandırıb.
BAKU.WS xəbər verir ki, sənətçi 76.9 milyon izləyicisi olan instaqram hesabında atası Villiam Mebarak Şadidin yeni videosunu yayıb.
45 yaşlı müğənni fizioterapiya zamanı atasına kömək edib. Bu zaman Şakira 91 yaşlı Şadidinin ayağının altından öpüb.
Məşhur ifaçının valideyninə qarşı bu cür mehriban və qayığkeş davranışı hər kəsi kövrəldib.
BAKU.WS həmin görüntüləri təqdim edir: