Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhədində hündürlüyü 2,5 metr və eni 3 metr olan 3 sıra tikanlı məftil çəkir
Medianews.az xəbər verir ki, Polşanın müdafiə naziri Mariuş Blaşçak keçirdiyi mətbuat konfransında bu gündən etibarən Rusiyanın Polşanın şimal-şərqində yerləşən Kalininqrad vilayəti ilə sərhəddə tikanlı məftil hörmələrinə başlayacaqlarını bildirib.
Polşa ordusunun bomba mütəxəssislərinin bu gün sərhəddə işə başlayacağını qeyd edən Blaşçak, vəzifəsinin Polşanın təhlükəsizliyini təmin etmək olduğunu və sözügedən məftil çəpərlərin sərhədə nəzarət edəcək elektron sistemə qədər müvəqqəti tədbir olacağını ifadə edib.
Digər tərəfdən, hündürlüyü 2,5 metr və eni 3 metr olacaq məftil konstruksiyadan başqa, heyvanları qorumaq üçün sərhədin Polşa tərəfində bir növ hasar tikiləcək.
Xatırladaq ki, keçən il Polşa Belarus vasitəsilə Polşaya qeyri-qanuni miqrasiyanın artması səbəbindən Belarusla 186 kilometrlik sərhədində polad divar inşa etmişdi.
Yusif Ziya
Medianews