2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatının rəsmi mahnısı olan “Hayya Hayya” mahnısını ifa edən nigeriyalı müğənni Davidonun 3 yaşlı oğlu İfeani ad gününə iki həftə qalmış boğularaq ölüb.
Medianews.az xəbər verir ki, İfeaninin müğənninin Laqosdakı evində dünyasını dəyişdiyi açıqlanıb.
Əldə edilən məlumata görə, hadisə zamanı Davido və nişanlısı Çioma Rouland evdə olmayıblar. Lakin evdə İfeanidən başqa 8 nəfər olub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Təhlükəsizlik kameralarına baxış keçirilib.
Davido Afrikanın ən məşhur müğənnilərindən biridir. Niki Minaj, Kris Braun kimi bir çox məşhur adlarla çalışıb.
Medianews.az