Türkiyədə bazar günündən bəri itkin düşən 19 yaşlı Ankara Universitetinin tələbəsi Doğanay Dəmirtaşın meyiti tapılıb.
Medianews.az xəbər verir ki, Dəmirtaşın Eymir gölünün ətrafındakı ağaca özünü asdığı öyrənilib.
İlk öncə Ankaranın Gölbaşı rayonunda 19 yaşlı tələbə Doğanay Demirtaş Eymir gölü ətrafında yoxa çıxıb. Ankaradakı evdə tələbə dostlarından biri Doğanayın ailəsinin onu tapa bilmədiyini deyib. Bunun üzərinə Doğanayın ailəsi polisə oğullarının itdiyini bildirib. Xəbərdarlıq üzərinə Polis Axtarış və Xilasetmə Şöbə Müdirliyi və Fövqəladə Halların əməkdaşları mobil telefondan son siqnalın alındığı Eymir Gölü ətrafında axtarışlara başlayıb.
Axtarış işləri Dəmirtaşın cəsədinin tapılması ilə yekunlaşıb. Eymir gölünün meşə sahəsində ağaca asılan Dəmirtaşın cəsədi müayinədən sonra yarılma üçün Ədliyyə Tibb Təşkilatı Morquna aparılıb.
Başlanılan araşdırmalar nəticəsində Eymir gölündəki iş yeri kameralarına əks olunan görüntülərdə Demirtaşın 30 oktyabr bazar günü axşam Güvenparkdan avtobusa minərək bu bölgəyə gəldiyi müəyyən edilib. Dəmirtaşın oktyabrın 29-da da dərman içərək intihara cəhd etdiyi öyrənilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az