Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
Medianews.az xəbər verir ki, görüş zamanı nazir Çavuşoğlu həmkarına taxıl sazişinin bundan sonra da problemsiz işləməsini təmin etmək üçün Türkiyənin təşəbbüsləri barədə məlumat verib.
Blinken isə Türkiyənin təşəbbüsləri nəticəsində taxıl dəhlizinin yenidən fəaliyyətə başlamasına görə minnətdarlığını bildirib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Finlandiya və İsveçin NATO-ya üzvlüyü və F-16-nın modernləşdirilməsi müzakirə edilib.
Yusif Ziya
Medianews