Türkiyədə yaşları 12-15 arasında olan 6 oğlana cinsi təcavüz etdiyi iddiası ilə həbs edilən futbol məşqçisi haqqında 90 ilə qədər həbs cəzası ilə iddia açılıb.
Medianews.az xəbər verir ki, məşqçinin məktəblərə gedib futbol matçlarına baxdığı, uşaqlarla bu şəkildə görüşüb ünsiyyət saxladığı öyrənilib.
Dəhşətli hadisənin uşaqların məktəb müdirlərinə deməsindən sonra ortaya çıxdığı iddianamədə də öz əksini tapıb.
Mersində həvəskar futbol klubunda məşqçi işləyən H.B. 2021 və 2022-ci illərdə eyni məktəbdən 6 oğlan uşağına qarşı cinsi zorakılıq etdiyi iddiası ilə saxlanılıb. Sözügedən iyrənc hadisə zərər çəkmiş uşaqların məsələni məktəbin tərbiyəçisinə danışması ilə ortaya çıxıb.
İddianamədə uşaqlar H.B.-nin müxtəlif yollarla cinsi istismarına məruz qaldıqlarına dair ifadələr verib, H.B isə iddiaları təkzib edib. Prokurorluq H.B.-nin ‘uşağa cinsi zorakılıq’ cinayətinə görə ayrıca cəzalandırılmasını istəyib. Sözügedən işə dekabr ayında yenidən baxılacaq.
Medianews.az