Lüks bir kompleksdə yaşayan türkiyəli model Sibel Dəmiralpın həyatı kabusa çevrilib.
Medianews.az xəbər verir ki, qonşusu ilə problem yaşayan Sibel Dəmiralp ölümlə təhdid edildiyini iddia edib.
2016-cı ilin Türkiyə gözəli seçilən Sibel Dəmiralp 7 ay əvvəl İstanbul Ataşehirdəki lüks kompleksə köçüb. Buraya köçdükdən sonra problemlər yaşayan Sibel Dəmiralp ölüm təhdidləri aldığını bildirir. Belə ki, aşağı mərtəbədəki qonşusu Dəmiralp köçdükdən 3 gün sonra mühafizəyə zəng edərək səs-küydən şikayət edib. Mühafizəçi Dəmiralpa zəng edrərək evdə səs-küy və dava olduğunu və buna görə qonşuların şikayət etdiyini bildirib. Sibel Dəmiralp isə həmin vaxt evdə olmadığını bildirib. Bunun anlaşılmazlıq olduğunu düşündüyü üçün əhəmiyyət vermədiyini deyən gənc model başına gələcəklərdən xəbərsiz olub.
Hətta öldürülməklə təhdid edildiyini deyən Dəmiralp, “Qapımı dəfələrlə döydü, qapını açmağa çalışdı, məni öldürəcəyini dedi. Ürək xəstəsiyəm, panik atak keçirdim”,-deyə bildirib.
Sibel Dəmiralp daha sonra “Qapıda təpik izləri var, mənə səni burada yaşamağa qoymayacağam, sənə dinclik verməyəcəyəm, çıx çölə, səni öldürəcəm deyirdi. Mən də polis çağırdım. Polisin yanında da mənə hücum etdi”, – deyə qeyd edib.
Medianews.az