“Təhlükəsiz taxıl dəhlizinə dair sazişə terror təhlükəsi olduğu müddətdə əməl etmək mümkün deyil”.
Medianews.az xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
Onun sözlərinə görə, Rusiya Ukrayna tərəfinə Afrika və Asiyanın daha çox ehtiyacı olan dövlətlərinə göndərilməli olan taxılı ixrac etmək imkanı verib. Lakin göndərilən taxılın yalnız 3-4 faizi ehtiyaclı ölkələrə çatıb. Taxılın böyük əksəriyyəti isə Avropa İttifaqının zəngin dövlətlərinə gedib.
Volodin deyib ki, Qara Dəniz Donanmasının gəmilərinə qarşı terror hücumları üçün təhlükəsizlik dəhlizindən istifadə yolverilməzdir və bu səbəbdən də taxılın əvvəlki şərtlər çərçivəsində daşınması mümkün deyil.
Zəfər