Cənubi Koreyanın paytaxtı Seulda Hellouin şənliyində izdiham nəticəsində ölənlərin sayı 156-ya yüksəlib.
“Qafqazinfo” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, izdiham nəticəsində 151 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilən 40 nəfərdən 29-nun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, hadisə oktyabrın 29-u paytaxtın gecə həyatı ilə məşhur İthevon bölgəsində baş verib. On minlərlə gənc Hellouini qeyd etmək məqsədilə həmin ərazidə ensiz küçələrin birinə yollanıb.