Ermənistan və Azərbaycan münaqişəsinin həllində Rusiyanın vasitəçiliyi kifayətdir, “KTMT-ni oraya çəkmək”cəhdi yolverilməzdir”.
Medianews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Belarus prezidnetin Aleksandr Lukaşenko deyib.
“Müharibə bitdi, tərəflər, kobud desək, vasitəçi lazım olduğuna qərar verdilər. Bu normadır. Təbii ki, vasitəçi Rusiyadır. Rusiyaya müraciət etdilər, Rusiya yüzlərlə insanı oraya göndərdi. Təyyarələrin necə uçduğunu xatırlayırıq. Rusiya sərhədçiləri, Putinin dediyi kimi, bütün sərhəd boyunca dayanıblar. Başqa nə lazımdır? Qoy bu istiqamətdə çalışsınlar”,- deyə Lukaşenko vurğulayıb.
Belarus prezidentiboş yerə müəyyən oyunlar getmədiyini deyib: “Avropa Birliyi niyə ordadır? ATƏT niyə oraya sürüklənir? Niyəsi aydındır. Artıq orada vasitəçi varsa, bunlar nə edəcəklər? Və KTMT-ni də bura cəlb etmək istəyirlər. Sanki məşğul olmaq üçün başqa bir şey yoxdur”.
Zəfər