Müğənni Hadisenin keçmiş həyat yoldaşı, iş adamı Mehmet Dinçerlerin adı yeni eşq qalmaqalında hallanıb.
Medianews.az xəbər verir ki, onun küveytli müğənni Rawan Bin Hussainlə sevgi yaşadığı məlum olub. Toylardan birində iştirak etmək üçün İstanbula gələn Rawan Mehmetlə birlikdə görüntülənib.
Dinçerler Hussaini Türkiyədə qarşılamaq üçün xeyli xərc çəkib. Nişantaşında lüks otellərdən birində qalan Rawan üçün Mehmet 70 min lirə (təxminən 6391 AZN) xərcləyib.
Dinçerler sənətçi üçün “Louis Vuitton” mağazasından “Lock Me Ever” (Sonsuza qədər məni özünə bağla) adlı çanta da alıb. İş adamı çantaya 49 min lirə (təxminən 4473 AZN) ödəyib.