“Bu Ermənistanın növbəti diplomatik fiaskosu idi”.
Medianews.az xəbər verir ki, bu fikirləri Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşü barədə erməni politoloq Sergey Melkonyan səsləndirib.
“Soçidə görüş başa çatdı. Kremlin saytında görüşün nəticələrinə dair bəyanat dərc olunub. Birincisi, bəyanatın mətnində heç bir yerdə “Qarabağ”dan bəhs edilmir. Hətta sülhməramlı kontingentin yerləşdirildiyi hissədə belə. “Əsirlər”in qaytarılmasından bəhs edilmir. Bu, yəqin ki, “humanitar məsələlər bloku”na daxildir. Digər məsələlər razılaşmada yoxdur”, – Melkonyan bildirib.
Onun sözlərinə görə, bəyanatda Ermənistanın maraqlarından irəli gələn heç bir şey öz əksini tapmayıb.
Zəfər