Əməkdar artist Mələk Abbaszadə instaqramdakı paylaşımı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktrisası 53 yaşını Venesiyada keçirib. O, San-Marko meydanında rəqs etdiyi anın görüntülərini bölüşüb.
Abbaszadə geridə qoyduğu ilin onun üçün çox çətin olduğunu bildirib. Aktrisa səhhəti ilə bağlı yaşadığı problemi bu cümlələrlə xatırlayıb:
“Özümdə hər şeyi itirdim, hətta özümü də. Və indi yenidən yaşamağı öyrənirəm…”.
Qeyd edək ki, M.Abbaszadə qarışıq birləşdirici toxuma xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı.