Ərik çəyirdəyi yağı son vaxtlar dəriyə qulluqda istifadə edilən məşhur bitki yağları arasındadır. Dəriyə çoxsaylı faydaları olan ərik çəyirdəyi yağı dərini təravətləndirir və hüceyrələri yeniləyir. Bol miqdarda A, E və C vitaminləri ehtiva edən ərik çəyirdəyi yağı dərini qidalandırdığı üçün erkən qocalma əlamətlərini də aradan qaldırır. İncə xətlərin və qırışların görünüşünü azaltmaqda təsirli olur.
Ərik çəyirdəyi yağının faydaları və necə istifadə ediləcəyi ilə maraqlanırsınızsa, aşağıdakılara nəzər salın:
- Ərik çəyirdəyi yağı oynaq ağrıları üçün istifadə edilə bilər.
- İmmuniteti gücləndirir və xəstəliklərdən qoruyur.
- Pis xolesterolu azaldır və ürək sağlamlığını qoruyur.
- Öskürək kimi yuxarı tənəffüs yollarının xəstəliklərinin müalicəsində istifadə olunur.
- Ərik çəyirdəyi yağı həm də hüceyrə bərpaedici xüsusiyyətləri ilə tanınır.
- İnfeksiyaların və iltihabın qarşısını almağa kömək edir.
Yusif Ziya
Medianews.az