Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın dayandırdığı taxıl dəhlizi sazişindən danışıb.
Medianews.az Ukrayna medias;na istinadən xəbər verir ki, Zelenski bəyanatında “Qara dəniz taxıl müqaviləsi ilə bağlı BMT və Türkiyə ilə razılaşmaya uyğun olaraq davam edəcəyik” deyə vurğulayıb.
Xatırladaq ki, Rusiya XİN həftəsonu Qara dənizdə təhlükəsizlik məsələlərini əsas gətirərək sazişin icrasını dayandırdığını elan edib.
“Taxıl sazişi” bu ilin avqustunda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında əldə olunub.
Yusif Ziya
Medianews.az