Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
Medianews.az xəbər verir ki, məlumatı N.Paşinyanın mətbuat xidməti yayıb.
Qeyd edək ki, bu gün Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olacaq.