Şahmat üzrə keçmiş dünya çempionu Anatoli Karpov reanimasiyaya düşüb.
Bakupost.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Qeyd olunur ki, şahmatçı ağır kəllə-beyin travması alıb və ombası sınıb.
Karpovun oktyabrın 29-da Dövlət Dumasının yaxınlığındakı küçədə huşsuz vəziyyətdə tapıldığı deyilir. Onu reanimasiya şöbəsinə yerləşdiriblər. Daha sonra Karpova kəllə-beyin travması, subaraknoid qanaxma və bud-çanaq sınığı diaqnozu qoyulub. Analizlərə əsasən o, sərxoş vəziyyətdə olub.
Rusiyalı iş adamı Andrey Kovalyevin sözlərinə görə, naməlum şəxs Dövlət Dumasından çıxışda Karpova hücum edib. Lakin “Baza”nın məlumatına görə, Karpov bu xəsarətləri sadəcə olaraq, küçədə yıxılaraq alıb.