Moldova Daxili İşlər Nazirliyi, Rusiyanın səhər saatlarında Ukraynanı hədəf alan hücumlarında atdığı raketlərdən birinin Moldova-Ukrayna sərhədindəki Naslavcea kəndinə düşdüyünü açıqlayıb.
Rusiya, Ukraynanın səhər saatlarında Kiyevin paytaxtından başqa Vinnitsa vilayəti, Dnepropetrovsk, Zaporojya və Lvov da raket hücumları həyata keçirib. Ukraynanın qonşusu Moldova Rusiya raketlərindən birinin ölkə sərhədlərinə düşdüyünü açıqlayıb. Moldova Daxili İşlər Nazirliyindən verilən açıqlamada raketin Ukrayna ilə sərhəddə yerləşən Naslavça kəndinə düşdüyü bildirilib. Hadisə zamanı xəsarət alan olmayıb, bir çox evin şüşələri sındırılıb.
Ukrayna rəsmiləri tərəfindən verilən açıqlamada Rusiyanın səhər saatlarında həyata keçirdiyi raket hücumlarının enerji obyektlərini hədəf aldığı və bu səbəbdən elektrik və suda kəsintilər yaşandığı bildirilib.
Nəzrin Vüsal
Medianews.az