Rusiya-Ukrayna müharibəsi 9 aydır ki, davam edir.
Medianews.az xəbər verir ki, Rusiya Hərbi Hava Qüvvələri ordu sıralarına yenicə qəbul olunmuş qadın qırıcı pilotlar üçün parad keçirib.
İkinci Dünya Müharibəsindən sonra ilk dəfə orduya göndəriləcək qadın pilotlar strateji nüvə bombalarından və nəqliyyat təyyarələrindən istifadə etmək üçün təlim keçiblər. Pilotlar Serov Ali Hərbi Aviasiya Məktəbini bitirdikdən sonra Krasnodarda parad keçirərkən görüntüləniblər.
Rusiya Hərbi Hava Qüvvələrində yeni məzun olmuş 400 pilotdan 16-sı qadındır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, qadın pilotlar şanlı ənənəni davam etdirirlər.
Qeyd edək ki, İkinci Dünya Müharibəsi illərində Stalinin rəhbərliyi altında Rusiyaya qadın qırıcı pilotlar təyin edilmişdi və onlardan 23-ü “müharibə qəhrəmanı” medalı almışdı.
Medianews.az