Rusiya Hərbi Hava Qüvvələri orduya yeni çağırılan qadın pilotların paradını keçirib. Pilotlar Serov Ali Hərbi Aviasiya Məktəbini bitirdikdən sonra həftə sonu Krasnodarda keçirilən parada qatılıblar.
Medianews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaxın günlərdə səfərbər edilən qadın pilotlar strateji nüvə bombaları və digər təyyarələri idarə etmək üçün təlim keçiblər.
Qeyd edək ki, Rusiya Hərbi Hava Qüvvələrində yeni xidmətə başlayan 400 pilotdan 16-sı qadındır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu qadın pilotlar ənənəsini “şanlı” şəkildə davam etdirdiyini söyləyib.
Xatırladaq ki, II Dünya müharibəsi zamanı Rusiya Stalinin rəhbərliyi ilə döyüşçü qadın pilotlara xidmətə başlayıb və onlardan 23-ü “Sovet İttifaqı Qəhrəmanı” medalı ilə təltif edilib.
Zəfər